“Əcnəbi ovçulara verilən lisenziya 1 faiz belə təşkil etmir”

ecnebi-ovculara-verilen-lisenziya-1-faiz-bele-teskil-etmir
Oxunma sayı: 724

“Azərbaycanda əcnəbi ovçulara verilən lisenziyalar 1 faiz belə təşkil etmir. Bizə lisenziya üçün müraciət edən şəxslərin böyük əksəriyyəti yerli ovçulardır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, qarşımızda duran əsas vəzifə odur ki, vətəndaşlar məsuliyyətli ovçunun necə olmalı olduğunu bilsinlər: “Cərimələrin daha da sərtləşdirilməsi gündəmdədir. Bununla bağlı layihə hazırlanır. Hazırda bu sahədə şəffaflıq təmin olunur. Vətəndaşlar “ASAN Xidmət”ə müraciət edib lisenziya alırlar”.

Gülnar Əliyeva