Əcnəbi “TIR” sürücülərinin pulunu mənimsəyən şəxs tutuldu

Əcnəbi “TIR” sürücülərinin pulunu mənimsəyən şəxs tutuldu
Oxunma sayı: 1492

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş bir nəfərin onu aldadaraq 100 manatını almasını bildirib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini Aydın Qanbayev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda “TIR” sürücüləri olan daha iki əcnəbi vətəndaşın ümumilikdə 440 ABŞ dolları və mobil telefonunu və Bakı şəhər sakini C.Şərifovun mobil telefonunu dələduzluq yolu ilə alması da müəyyən edilib.

Araşdırma aparılır.