Əcnəbini kirayə qaldığı evdə soydular

ecnebini-kiraye-qaldigi-evde-soydular
Oxunma sayı: 877

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş Mərdanov qardaşları küçəsində kirayədə yaşadığı mənzildən içərisində 1000 manat və 5000 dirhəm (2300 manat) olan pulqabısının oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rafiq Cəlilov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.