Eda Ecenin toy tarixi bəlli oldu - Fotolar

eda-ecenin-toy-tarixi-belli-oldu
Oxunma sayı: 4429

Türkiyəli aktrisa Eda Ece basketbolçu Buğrahan Tuncerlə evlənməyə hazırlaşır.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük iyunun 8-də nikah masasına əyləşəcək.

Aktrisa bildirib ki, bu yayı yeni quracağı ailəsinə həsr etməyə hazırlaşır.

Qeyd edək ki, Eda Ece və Buğrahan Tuncer 2019-cu ildən sevgilidir.