Ədalət Hüseynova Həştərxanın fəxri vətəndaşı adı verilib

edalet-huseynova-hesterxanin-fexri-vetendasi-adi-verilib
Oxunma sayı: 1819


“Qafqazinfo”ya daxil olan məlumata görə, şəhər gününün qeyd edilməsi ərəfəsində Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional şöbəsinin rəhbəri Hüseynov Ədalət Abuş oğlu Həştərxan Şəhər Dumasının qərarı ilə "Həştərxan şəhərinin fəxri vətəndaşı" adına layiq görülüb.

Bu mükafata Hüseynov uzun illər Həştərxan şəhərinin inkişafında xidmətlərinə, işgüzarlığına və şəhər sakinləri qarşısında göstərdiyi xidmətlərinə görə layiq görülüb. Onun fəal iştirakı və birbaşa köməyi ilə vilayətdə Heydər Əliyev Fondunun layihələri həyata keçirilib. Fondun Həştərxan sakinlərinə hədiyyə etdiyi əhəmiyyətli sosial obyektlərindən Heydər Əliyev adına park, uşaq əyləncə şəhərciyi və “Meçta” uşaq kafesi, Rusiya və Azərbaycan Dostluq körpüsü, yenidən qurulan Heydər Əliyev adına məktəb və knyaz Vladimirin abidəsi olub. Yeni uşaq bağçasının tikintisinin ilkin mərhələsi başa çatmaq üzrədir.