“Ədalətin qalib gələcəyinə ümid edirəm” - Putin

edaletin-qalib-geleceyine-umid-edirem
Oxunma sayı: 2254

ABŞ prezidenti Donald Trampın “Hazırlaş Rusiya, raketlər gəlir” açıqlamasına Rusiya prezidenti Vladimir Putindən cavab gecikməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putin hazarda dünyadakı proseslərin narahatlıq verici olduğunu deyib.

O, dünyada ədalətin qalib gələcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Tramp Tvitterdə “Rusiya Suriyaya buraxılacaq bütün raketləri vuracağına söz verir. Hazırlaş Rusiya, çünki onlar gəlirlər. Daha yaxşıları, yeniləri və “ağıllı”ları” yazmışdı.