Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN İnternational-a müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, prezident ölkəsində son günlər baş verən hadisələri “Ortada açıq bir vətənə xəyanət var” kəlməsi ilə ifadə edib.
Ölkə başçısı jurnalist Becky Andersonun Türkiyədə edam cəzasının qayıtması ilə bağlı verdiyi suala da cavab verib. Ərdoğan bəyan edib ki, əgər parlament edam cəzasının bərpa edilməsi ilə bağlı sənəd hazırlayarsa ona razılıq verər.
Prezident eyni zamanda qeyd edib ki, “Xidmət” təşkilatının lideri Fətullah Gülənin Türkiyə tərəfinə təslim edilməsi ilə bağlı rəsmi tələb 1-2 gün içində göndəriləcək.
Qeyd edək ki, hərbi çevrilişə cəhddən sonra Kızılay meydanında toplaşan bir qrup vətəndaş çevrilişin önündə gedənlərin edam edilməsini tələb etmişdilər.

Son xəbərlər
Son Xəbərlər