Eddi İsrafilov Azərbaycan millisinə qoşulmayacaq

eddi-israfilov-azerbaycan-millisine-qosulmayacaq
Oxunma sayı: 1246

Eddi İsrafilov Azərbaycan milli komandasının martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək.

“Qafqazinfo” xəbər verir ki, Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” klubu İspaniya çempionatının yüksək liqasına vəsiqə qazanmaq uğrunda mübarizə apardığı üçün klubun baş məşqçisi futbolçunun Azərbaycan millisinin toplanışında iştirak etməməsi ilə bağlı müraciət edib.

Millimizin baş məşqçisi Robert Prosineçki müraciəti müsbət cavablandırıb.