Eddi İsrafilovun adı protokola salınmadı

eddi-israfilovun-adi-protokola-salinmadi
Oxunma sayı: 1146


“Qafqazinfo”nun apasport.az saytına istinadən məlumatına görə, millimizin heyətində çıxış etməyə razılıq verən Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Vilyarreal”ın qonağı olub.

Qarşılaşmada meydan sahibləri 2:0 hesablı ilə qalib gəlib. Bu görüşdə Eddi yenə meydana çıxmayıb. Onun adı matçın protokoluna salınmayıb.

Qeyd edək ki, "Qranada" hazırda 18 xalla 19-cu pillədə qərarlaşır.