Eder “Lill”ə qoşuldu

eder-lille-qosuldu
Oxunma sayı: 1378

Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Lill" klubunun hücumçusu Eder Fransaya qayıdıb.

"Qafqazinfo" xəbər verir ki, AÇ-2016-nın finalında qələbə qolunu vuraraq Portuqaliyanı qitə çempionu edən futbolçu iki həftəlik istirahətin ardından "Lill"in düşərgəsinə qoşulub.

Qeyd edək ki, iyulun 28-də Fransada keçiriləcək "Lill" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.