EDHO-nun rejissorundan serialla bağlı daha bir açıqlama - Yenilənib

edho-nun-rejissorundan-serialla-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 7773

Türkiyənin ATV telekanalında yayımlanan “Eşkiya Dünyaya Hükümdar olmaz” teleserialı bitib.

“Qafqazinfo” xəbər verir ki, bunu serialın baş rol oyunçusu Oktay Kaynarca İnstaqram hesabında elan edib.

Həftələrdir reklam edilsə də, keçən çərşənbə axşamı serial yayımlanmamışdı. Serialın prodüserləri ilə ATV rəhbərliyi arasında problemlər olduğu iddia edilmişdi.

***

Serialın rejissoru Onur Tan İnstaqram hesabında paylaşım edərək, bunun vida yox, yeni başlanğıc olduğunu açıqlayıb. O, izləyiciləri səbirli olmağa çağırıb.

***

Serialın rejissoru Onur Tan İnstaqram hesabında daha bir açıqlama yayaraq ekran işinin bitdiyini qeyd edib: 

“Doğru başladığıma inandığım, bu işin haqqını da 7 ildir birlikdə işlədiyim bütün iş və heyət dostlarımın əməyinə, zəhmətinə sonsuz təşəkkürlərimi bildirərək, bizi sevən, ürək verən, tənqid edərkən belə sevən, yerə-göyə sığdırmayan tamaşaçılarımıza da öz adımdan sonsuz minnətdarlığımı təqdim edə bilirəm. Dünya döndükcə, mən yaşadıqca həmişə daha da yaxşını çəkməyə çalışacağıma söz verirəm. Arzu edirəm, 200 seriya boyunca yazılan bütün ssenari boyunca dəstəyini hər zaman hiss etdiyim komanamıza, aktyorlarımızın hissiyatlarınavə uğurlarına, ekran başında sevgiylə bizi izləyən tamaşaçılara layiq ola bilmişəm”.