“Fənərbağça” yeni transferi Edin Ceko ilə müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Türkiyə klubu ilə 37 yaşlı hücumçu arasındakı sözləşmə 2 illikdir.
Futbolçunun maaşı illik 4 milyon 200 min avro olacaq.
Qeyd edək ki, Ceko bu mövsümün sonunda “İnter”lə başa çatan müqaviləsini yeniləməyib. O, 2022/23 mövsümündə İtaliya klubunun heyətində 52 oyuna çıxıb və 14 qol vurub.
Son xəbərlər
Son Xəbərlər