Edinburqun yeni hersoqu o oldu

edinburqun-yeni-hersoqu-o-oldu
Oxunma sayı: 2887

Böyük Britaniya kraliçası II Yelizavetanın ötən gün rəhmətə gedən həyat yoldaşı, şahzadə II Filipin digər titulları kimi “Edinburq hersoqu” titulu da oğlu Çarlza keçəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Uels şahzadəsi Çarlz kral olarsa, bu titul kiçik qardaşı Edvarda veriləcək. Bu barədə onlar hələ 1999-cu ildə şahzadə Edvard ailə qurarkən razılaşıblar.

Qeyd edək ki, II Filiplə kraliçanın 4 övladı var: taxtın varisi Çarlz, şahzadə Endryu, şahzadə Anna və şahzadə Edvard.