Zərərçəkmiş şəxs qismində çıxış edən Ramazan Səlimovun vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, şəxsi işləri ilə əlaqədar bu gün məhkəmədə iştirak edə bilməyib: “Ramazan Səlimov vəkilsiz çıxış edib. Məhkəmədə baş verənlər haqda Ramazan Səlimovdan məlumat aldım.
Bugünkü iclasda şahid qismində ədliyyə orqanlarının işləyən Ülvi Əhmədov dindirilib. Elman Məmmədova qarşı ifadə verib.
Həsən Əliyevə məxsus kafedə Elman Məmmədov və Ülvi Əhmədov arasında görüş keçirilib. Elman Məmmədov Ülvi Əhmədovdan xahiş edib ki, Həsən Əliyeva kömək etsin və borc ödənmədən iş bağlansın. Ülvi Əhmədov təsdiqləyib ki, Həsən Əliyevə kömək məqsədi ilə əlavə 100 min alınıb. Yəni, Həsən Əliyevin Elman Məmmədovun vasitəsilə hüquq-mühafizə orqanları 100 min təklif etdiyi təsdiqlənib. Həsən Əliyev də ifadələrində gizlətmir ki, kömək üçün müraciət edib.
Bir də vəkil Kamandar Nəsibov şahid qismində iştirak edib. Digər şahidlərin dindirilməyib. Növbəti məhkəmə iclası yanvarın 16-a təyin edilib.
Bizim əlimizdə sübut üçün yeni audio səslər var. Bunlar da Həsən Əliyevin günahkar olduğunu təsdiq edir.
Xatırladaq ki, sabiq hakim Həsən Əliyev iş adamı Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər