Ədliyyə nazirinin müavinlərinin sayı artırıldı

edliyye-nazirinin-muavinlerinin-sayi-artirildi
Oxunma sayı: 1350

Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 1-ci hissəsinə aşağıdakı məzmunda beşinci bənd əlavə edilir: “Nazir müavini”.

Qeyd edək ki, Azərbaycan prezidentinin bu gün imzaladığı sərəncamla Məhərrəm Əliyev ədliyyə naziri Fikrət Məmmədovun müavini təyin olunub.