Ədliyyə naziriylə görüşmək istəyənlərin nəzərinə

edliyye-naziriyle-gorusmek-isteyenlerin-nezerine
Oxunma sayı: 839


“Qafqazinfo” xəbər verir ki, qəbulda Şəmkir, Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 12.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Şəmkir regional ədliyyə şöbəsi (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 2; əlaqə telefonu: (02230) 5-48-81), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə ədliyyə nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.