“Qafqazinfo”nun məlumatına görə, nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.
Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini 2014-cü il sentyabrın 17-dən etibarən nazirliyin elektron poçtuna ([email protected]) göndərə bilərlər.
Xatırladaq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını internet səhifəmizdən (www.justice.gov.az), nazirlikdə və ya regional ədliyyə şöbələrində əldə etmək mümkündür.
Qaydalara əsasən, test imtahanından uğur qazanan namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün də test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.
Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
Son xəbərlər
Son Xəbərlər