Ədliyyə Nazirliyi məhkəməyə verildi

edliyye-nazirliyi-mehkemeye-verildi
Oxunma sayı: 1343


Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bu barədə İnstitut artıq 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Buna səbəb 3-cü dəfə müarciət etməsinə  baxmayaraq Nazirliyin növbəti dəfə  əsassız olaraq, siyasi səbəblərdən dolayı təşkilatı qeydiyyata almaqdan imtina etməsidir. Bu haqda məlumatı Demokratik Təşəbbüslər İnstitutu  yayıb.

Məlumata bildirilir ki,  təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən 3-cü dəfə hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Araşdırmalar göstərib ki, nazirliyin bundan əvvəl də təşkilatın sənədlərini geri qaytarmasına heç bir hüquqi əsas olmayıb. Məslənin mahiyyəti barədə yaxın vaxtlarda ictimayyətə geniş məlumat veriləcək.