Ədliyyə Nazirliyinin iki maşını vuruldu

edliyye-nazirliyinin-iki-masini-vuruldu
Oxunma sayı: 1432


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 28-də saat 17:50 radələrində işlədiyi “moyka”dan maşın qaçıran şəxs qəza törədib. Yasamal rayonu ərazisində Ə.Ələkbərzadə küçəsi 38-də yerləşən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Azim Şükürov 1954-cü il təvəllüdlü Bəxtiyar Yusif oğlu Cəfərova məxsus Mercedes markallı avtomobili qaçırıb.

A.Şükürov saat 18:20 radələrində Landau küçəsi 18-in qarşısında Ədliyyə Nazirliyinə məxsus Hundai markalı 10 AO 092 və Toyota markalı 10 AO 017 nömrəli avtomobilləri vuraraq əzib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. A.Şükürov saxlanılıb.

Murad Əhməd