Gürcüstanın sabiq prezidenti və vaxtilə SSRİ-nin xarici işlər naziri olmuş Eduard Şevardnadze vəfat edib.
"Qafqazinfo" Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu barədə onun şəxsi köməkçisi Marina Davitashvili Reuters Agentliyinə bildirib.
Qeyd edək ki, o, 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub.
Son xəbərlər
Son Xəbərlər