ƏDV-dən vətəndaşlara qaytarılan ümumi məbləğ açıqlandı

edv-den-vetendaslara-qaytarilan-umumi-mebleg-aciqlandi
Oxunma sayı: 3169

Azərbaycanda ötən il ərzində "ƏDV geri al" layihəsi çərçivəsində vətəndaşlara 33,4 mln. manat vəsait qaytarılıb.

"Qafqazinfo" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

""İlin innovasiya layihəsi nominasiyası"nın qalibi seçilmiş #ƏDVgerial həm vətəndaşlar, həm də biznes ictimaiyyəti tərəfindən 2020-ci ilin ən uğurlu layihələrindən biri kimi qiymətləndirilir. Ötən il layihə çərçivəsində vətəndaşlara 33.4 milyon manat vəsait qaytarılıb" - deyə nazir qeyd edib.