“ƏDVGeriAl”la vətəndaşlara 70 milyon qaytarılıb

edvgerialla-vetendaslara-70-milyon-qaytarilib
Oxunma sayı: 1912

“ƏDVGeriAl” innovativ layihəsinin başlanmasından 1 il ötür. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbukda paylaşım edib.

O bildirib ki, iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var: “Layihənin başlamasından indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb”.