ƏƏSMN əməkdaşları qan verdilər - Fotolar

eesmn-emekdaslari-qan-verdiler
Oxunma sayı: 1358

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan könüllü qanvermə aksiyasına qoşulub.

"Qafqazinfo" xəbər verir ki, nazirliyin əməkdaşları Milli Hemotologiya və Transfiziologiya Mərkəzində könüllü olaraq qan veriblər. Əvvəlcə donorların sağlamlıq vəziyyəti müəyyən edilib və sonra onlardan qan götürülüb.

Aksiyada məqsəd irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək olmaqdır. Toplanan qan ehtiyatı laboratoriyada bir daha müayinə edildikdən sonra həmin xəstələrə yardım üçün istifadə olunacaq.