ƏƏSMN-in nümayəndə heyəti Naxçıvanda səfərdə olub - Fotolar

ƏƏSMN-in nümayəndə heyəti Naxçıvanda səfərdə olub
Oxunma sayı: 1694

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) növbəti kollegiya iclası Naxçıvan Muxtar Respublikasında keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasdan əvvəl Kollegiya üzvləri ulu öndər Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət edib, ümummilli liderin adını daşıyan Muzeyə baxış olub.

Sonra Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovla görüş olub. Görüşdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Naxçıvan MR-nın eyni adlı nazirliyi və Dövlət Sosial Müdafiəsi Fondu arasında əlaqələrin daha da inkişafı, sosial müdafiə sahəsində elektronlaşma, Naxçıvanda DOST mərkəzinin açılması üçün işlər və s. müzakirə olunub.

Daha sonra Kollegiya iclası keçirilib. İclasda Kollegiyanın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev,  Kollegiyanın üzvü, Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Kollegiyanın üzvü, Naxçıvan MR-nın Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov və digərləri cari ildə sosial müdafiə sahəsində görülmüş işlərdən, ilin sonunadək icrası planlaşdırılan layihələrdən danışıblar.

Nümayəndə heyəti Naxçıvanda Uşaq Bərpa, Əlillərin Bərpa, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya, Protez-Ortopedik Bərpa mərkəzlərinin fəaliyyəti ilə də tanış olub.

Nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.