İyulun 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyi qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşlarının kommunikasiyanın düzgün təşkili, effektiv nitq, böhran vəziyyətlərinin idarəolunması ilə bağlı bilik, bacarıqlarının təkmilləşdirilməsinə, media sahəsində peşəkar vərdişlərin inkişafına dəstək olmaqdır.
Təlimdə nazirlik və qurumlarının ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları iştirak ediblər.
Açılış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli nazirliyin əsas kommunikasiya hədəfləri və vahid kommunikasiya mexanizminin formalaşdırılmasından bəhs edib.
Daha sonra nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Medianın təhsil üzü" mövzusunda çıxış edib.
Sonra iştirakçılar arasında müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.







Son xəbərlər
Son Xəbərlər