Efiopiyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Bütün sərnişinlər ölüb + Yenilənib

efiopiyada-sernisin-teyyaresi-qezaya-ugrayib
Oxunma sayı: 6188

Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarə naməlum yerə düşüb.

Göyərtəsində 149 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarənin düşdüyü yerin müəyyənləşdirilməsi istiqamətində axtarışlar aparılır.

Hadisədən sonra Əddis-Əbəbədə bəzi reyslər təxirə salınıb.

***

Şirkətn verilən məlumata görə, təyyarənin qəzaya düşdüyü yer tapılıb.

İlkin araşdırma nəticəsində göyərtədəki 157 nəfərin hamısının öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.