Efiopiyaya avizərbələr endirildi - 50-dən çox ölü, 100-dən çox yaralı

efiopiyaya-avizerbeler-endirildi
Oxunma sayı: 2536

 Efiopiyada aviazərbələr nəticəsində 50-dən çox insan ölüb, 100-dən çox sakin yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Bildirilir ki, azı 33 nəfərin isə axtarışları aparılır. Yaralılar Mekele xəstəxanasına yerləşdiriliblər. Onlar arasında azyaşlılar da var.

Bombalar Toqoqi bazarına atılıb.

Qeyd edək ki, ötən ilin noyabr ayının 4-dən etibarən Efiopiyanın federal qoşunları Tıqrayın azadlığı xalq cəbhəsinin dəstələrinin Şimali komandanlıq obyektlərinə son hücumdan sonra onlarla gərgin döyüşlər aparır.