Efirdə “qadın kişini sevirsə, silləsinə dözər” dedi - Video

efirde-qadin-kisini-sevirse-sillesine-dozer-dedi
Oxunma sayı: 3518

Əməkdar artist Elza Seyidcahan şiddəti dəstəklədiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni “Bizimləsən” proqramında qonaq olarkən bildirib.

O, xanımından şikayətçi olan bəyin müzakirəsinə qoşularaq, “arvad döyülər” fikrini irəli sürüb.

Əməkdar artist “gedib yoldaşını gizlincə döyərdin, üzünü göyərdərdin, amma uşaqlarına deməzdin. Ondan boşanardın, uşaqlara deyərdin ki, ananız xəyanət etməyib”, -deyərək qonağa da məsləhət görüb. 

Aparıcı Zaur Baxşəliyev Seyidcahanın bu sözlərinə etiraz etsə də ifaçı fikrindən dönməyib:

“Qadınları sındırır, şiddətdən betərini edir. Qadın kişini sevirsə, silləsinə dözər. Deməlidir ki, bəh-bəh mənə ərimin silləsi dəydi. Arvad kişi tərəfindən döyülər”. 

Qeyd edək ki, müğənni bundan əvvəl xəyanəti dəstəklədiyini bildirmişdi.