Aparıcı Tural Əsədov koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, məşhur aparıcıda bir müddət bundan əvvəl “COVID-19” aşkarlanıb. Bu səbəbdən o, özünü sosial həyatdan təcrid edib.
O, instaqramda fotosunu paylaşaraq “Karantin bizi qocaltdı”,- şərhini yazıb.
Evində müalicəsini davam etdirən Tural aparıcılıq etdiyi “Səhər Mərkəzi” proqramından da bir həftədən çoxdur uzaq düşüb. Hazırda verilişi Tutu Zeynalova və Elvin Mərdanov təqdim edir.

Son xəbərlər
Son Xəbərlər