Deputatlığa namizədliyini irəli sürən Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentdə təmsil olunduqdan sonra hazırkı vəzifəsindən imtina edib-etməyəcəyinə aydınlıq gətirib.
Əftalun Amaşov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, deputat seçiləcəyi təqdirdə belə vəzifəsindən istefa verməyəcək: “Eyni şəxsin iki vəzifə tutmaması ilə bağlı məsələ dövlət qurumlarına aiddir. Mətbuat Şurası ictimai qurumdur və jurnalistika ilə bağlı məsələləri araşdırır. Mən düşünürəm ki, şuranın qaldırdığı məsələlər parlamentdə də səslənərsə, daha effektiv olar. Məqsədim budur ki, jurnalistika ilə bağlı problemlərin həllinə yardımçı olaq. Şuranın sədri də ictimai vəzifədir, növbəti qurultay nə vaxt olacaqsa, sədr də həmin qurultayda müəyyən olunacaq”.
Qeyd edək ki, MŞ sədri Əflatun Amaşov bu gün 62 saylı Saatlı seçki dairəsindən namizədliyini verdiyini açıqlayıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər