“«Qafqazinfo.az» internet qəzetinin 5 yaşı tamam olur. Beş il zaman baxımından o qədər də çox deyil. Amma ona media prizmasından yanaşanda görürsən ki, tanınmaq, püxtələşmək üçün kifayət qədər vaxt var. Bəs «Qafqazinfo.az» həmin müddətdə nələrə nail olub? Portal daşıdığı missiyanı - Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatındakı yeniliklərlə bərabər, Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərləri nə dərəcədə sənətkarlıqla ictimaiyyətə çatdırır?
Sualı hər gün orada yer alan çeşidli materiallar cavablandırır. İnternet qəzetinin yayımladığı materiallar ilk növbədə mövzu və janr rəngarəngliyi ilə diqqət çəkir. Müxtəlif sahələrdən bəhs edən informasiyalar, müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları ona görə daha çox izləyici tərəfindən mütaliə olunur ki, portal fəaliyyətində müstəqildir, heç bir siyasi təşkilatın, sosial qrupun ruporu ödəliyini üzərinə götürülməyib.
Azərbaycan Mətbuat Şurası da kütləvi informasiya vasitələrinin bolluğu şəraitində belə yanaşmanı hər bir KİV-in uğurunu şərtləndirən, əsas cəhət sayır. Aparılan müşahidələr də göstərir ki, ölkədə tanınan, ictimai fikrə təsir göstərən hər bir media orqanı məhz tərəfsizlik, qərəzsizlik mühitində kütləvi oxucu auditoriyasını qazana bilir.
Operativlik, obyektivlik və peşəkarlığın əsas tərəfdaşı sayılan mövzulara yaradıcı yanaşma tərzi «Qafqazinfo.az»ın xüsusilə onlayn mediada daha qabarıq nəzərə çarpan rəqabətlik mühitində uğurlarını təmin edən xüsusiyyətlərindəndir. Mətbuat Şurası belə keyfiyyətləri əsas götürərək bu kütləvi informasiya vasitəsini öz sıralarına qəbul edib.
«Qafqazinfo.az» etimadı MŞ-nın Nizamnaməsindən irəli gələn öhdəlikləri layiqincə yetirməklə doğruldur.
Azərbaycan Mətbuat Şurası Sizi və yaradıcı kollektivi xəbər portalının ilk yubileyi - 5 yaşı münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayır”.
Son xəbərlər
Son Xəbərlər