Əflatun Amaşov xarici qonaqlarla görüşdü- - Fotolar

eflatun-amasov-xarici-qonaqlarla-gorusdu-
Oxunma sayı: 719


Şuradan “Qafqazinfo”ya verilən məlumata görə, görüş Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə baş tutub.

Görüşdə MŞ sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. Şura sədri ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayıl türk toplumları arasındakı mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafına ümumən türk toplumunun qlobal inteqrasiya proseslərindəki mövqeyi baxımından aydınlıq gətirib.