Əfqan ailə yeni doğulan qızlarını 500 dollara satdı - Video

efqan-aile-yeni-dogulan-qizlarini-500-dollara-satdi
Oxunma sayı: 1769

Əfqanıstanda valideynlər yeni doğulan qızlarını naməlum şəxsə 500 dollar qarşılığında satıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bi-bi-si” məlumat yayıb. Onlar bunu ailəni aclıqdan xilas etmək üçün etdiklərini deyib. Alıcı bildirib ki, o, yeni doğulan qız uşağı alıb tərbiyələndirmək, gələcəkdə isə öz oğlu ilə evləndirmək istəyir. Bunun qarşılığında 250 dollar avans belə verib. Valideynlər pulun qalanını qızları yeriməyə başlayanda alacaqlar və uşağı həmin şəxsə təhvil verəcəklər. 

“Digər uşaqlarım acından ölürdü. Ona görə qızımı satmalı olduq. Əlbəttə, kədərlənirəm. O, mənim körpəmdir. Ondan ayrılmaq istəməzdim”, - deyə qızın anası danışıb. Uşağın atası ailəni zibil yığmaqla dolandırdığını və başqa seçiminin qalmadığını deyib: 

“Biz acıq. İndi evdə nə un var, nə də yağ. Heç nəyimiz yoxdur. Qızım gələcəyinin necə olacağını anlamır. Daha sonra onu satmağımıza necə reaksiya verəcəyini bilmirik, ancaq bunu etməli idik”.