Əfqan deputat terror aktı nəticəsində həlak oldu

efqan-deputat-terror-akti-neticesinde-helak-oldu
Oxunma sayı: 871

Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak Kabildə evi qarşısında baş verən partlayış nəticəsində həyatını itirib, daha 11 nəfər yaralanıb.

QafqazinfoVirtualaz.org-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əfqanıstan Milli Assambleyasının məlumatına görə, Şir Vəli Vardak ölkənin təhsil naziri Faruk Vardakın qardaşıdır. Siyasətçi evli idi, yeddi övladı qalıb.

Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.