Əfqan Muxtarlının şikayəti təmin edilmədi

efqan-muxtarlinin-sikayeti-temin-edilmedi
Oxunma sayı: 644

Jurnalist Əfqan Muxtarlı barəsindəki cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verilib.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.

Bu gün keçirilən məhkəmə prosesində jurnalist barəsində seçilən həbs qətimkan tədbirindən verilən şikayət təmin edilməyib.