Əfqan qaçqınlar ABŞ hərbçisinə hücum etdi

efqan-qacqinlar-abs-herbcisine-hucum-etdi
Oxunma sayı: 1227

Bir neçə əfqan qaçqın Nyu-Meksika ştatında yerləşən Fort-Bliss bazasında ABŞ hərbçisinə hücum edib.

Bu barədə “Qafqazinfo” “Fox News” telekanalına istinadən xəbər verir.

İnsident sentyabrın 19-da baş verib. Əfqanıstandan gələn və müvəqqəti bazada yerləşən bir qrup kişi qadın hərbçiyə hücum edib. Qadının kimliyi və onun vəziyyəti barədə məlumat verilmir.

Federal İstintaq Bürosu (FBI) baş verən hadisə ilə bağlı araşdırma aparır.

Bazada əlavə təhlükəsizlik tədbirləri görülüb.