“Əfqan qızı” rekord qiymətə satıldı - Foto

efqan-qizi-rekord-qiymete-satildi-foto
Oxunma sayı: 880

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, 1985-ci ilin iyun ayında “National Geographic” jurnalında yayımlanan və qorxu dolu yaşıl gözləriylə Əfqanıstanın bir növ simvoluna çevrilmiş “Əfqan qızı” Nyu-Yorkda keçirilən auksionda gözlənilən qiymətdən 3 dəfə baha qiymətə satılıb.

“Christies” sarayında təşkil olunan auksionda Steve McCurry-nin çəkdiyi şəkil 147 min dollara satılıb.

Qeyd edək ki, “National Geographic” jurnalının 125 illik tarixində arxivində olan 11,5 milyon şəkildən 232-si auksiona çıxarılıb. Auksiondan 3, 8 milyon dollar əldə edilib.