Əfqanıstan dağıdıcı zəlzələdən sonra - Video

Əfqanıstan dağıdıcı zəlzələdən sonra
Oxunma sayı: 1150

Xəbər verdiyimiz kimi, iyunun 22-si Əfqanıstanda güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 1500 nəfər ölüb, 2000-dən çox insan yaralanıb. Həlak olanların sayının artacağı istisna edilmir.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, hazırda ölkədə hakimiyyətdə olan “Taliban” hərəkatı zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə 1,1 milyon dollar ayırıb.

Zəlzələ nəticəsində çox sayda ev uçub. Bir neçə kəndin isə yerlə-yeksan olduğu bildirilir.

Xəbəri rus dilində oxuyun: Женщина хотела провезти в тюрьму героин в печенье - Фото