Əfqanıstan həbsxanalarındakı ruslarla bağlı açıqlama

efqanistan-hebsxanalarindaki-ruslarla-bagli-aciqlama
Oxunma sayı: 2411

“Əfqanıstan həbsxanalarında saxlanılan şəxslər arasında Rusiya vətəndaşları da var”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hamdulla Mohib “Rossiya 24” telekanalının efirində açıqlayıb.

O bildirib ki, Əfqanıstan Rusiyadan hər hansı bir xüsusi dəstək gözləmir. Lakin H. Mohib hazırkı təhlükə barədə ortaq bir anlayışın olması arzusunu da dilə gətirib.

Əfqanıstan rəsmisi, həmçinin qeyd edib ki, həbsxanalarda Rusiya ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin də vətəndaşları var.

“Bu insanların hansı səbəbdən döyüşməyə getdiyini və gələcəkdə bunun qarşısını necə almağı anlamağınız vacibdir”, - deyə o əlavə edib.

Bununla belə, Mohib Rusiya vətəndaşlarının ölkə həbsxanalarına necə düşməklərinin detallarını açıqlamayıb. Həmçinin, bu şəxslərin Əfqanıstan ərazisində fəaliyyət göstərən ektremist qruplarla bir əlaqəsinin olub-olmadığı da bəlli deyil.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan Rusiya, Çin və Hindistanı terrorizm ilə mübarizədə kömək göstərməyə çağırmışdı.