Əfqanıstan İŞİD-i məğlub etdi - Aralarında Azərbaycan vətəndaşları da var+ Video

efqanistan-isid-i-meglub-etdi
Oxunma sayı: 4637

Əfqanıstan təhlükəsizlik qüvvələri Pakistanla həmsərhəd Nənqərhar vilayətində İŞİD terror qruplaşmasını məğlub edib.

“Qafqazinfo”nun “NTD” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qani Nənqərhar vilayətində çıxışı zamanı bildirib.

“İŞİD-in məğlub edilməsi o demək deyil ki, biz ərazini “Taliban” hərəkatına verəcəyik. Xeyr, sadəcə insanlara... Təhlükəsizlik qüvvələrimiz Nənqərharda təhlükəsizliyi təmin edəcək və biz ora nə qaçaqmalçıları, nə də terrorçuları buraxacağıq”, - deyə Qani bildirib.

Məlumata görə, ələ keçirilən terrorçular arasında Pakistan, Tacikistan, Özbəkistan, İran, Qazaxıstan, eləcə də Azərbaycan vətəndaşları var.