Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov Azərbaycan əsgərlərinin Əfqanıstan döyüşlərində böyük şücaət göstərdikləri bildirib. Azərbaycanın Əfqanıstan veteranları Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xüsusi fəallıq göstərmiş, ilk xüsusi təyinatlı batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşdüklərini vurğulayıb.
Tədbirin sonunda müharibədə iştirak edən və Qaradağ rayon ərazisində yaşayan bir qrup veterana “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı”nın təqdim edilməsi mərasimi keçirilib
Son xəbərlər
Son Xəbərlər