Əfqanıstan Prezidenti 3 aya taliblərə qalib gələcəyini vəd etdi

efqanistan-prezidenti-3-aya-taliblere-qalib-geleceyini-ved-etdi
Oxunma sayı: 1765

“Yaxın üç ay ərzində ölkədə təhlükəsizliklə bağlı vəziyyət xeyli yaxşılaşacaq. Taliblər məğlub olacaq, işğal etdikləri bütün ərazilər isə geri qaytarılacaq.”

“Qafqazinfo” “TOLOnews”a istinadən xəbər verir ki, bu sözləri Əfqanıstan Prezidenti Əşrəf Qani deyib.

Ölkə lideri taliblər üzərində qələbə çalmaq üçün milli birliyin zəruri olduğunu qeyd edib.