Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Ali Məktəbin bir sıra professor-müəllim heyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) orta-ixtisas proqramları üzrə rəhbəri Həsən Aslami ilə görüş keçirib.
"Qafqazinfo" xəbər verir ki, görüşdə BANM və Kabul Politexnik Universiteti arasında əməkdaşlıq yaradılması məsələləri müzakirə olunub. Tədbirdə ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dosenti Fuad Hacıyev, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və BANM-in Elektron tədris şöbəsinin rəisi Şərif Xurşuduv iştirak ediblər.
Görüşü çıxış sözü ilə açan rektor Elmar Qasımov BANM və Kabul Politexnik Universiteti ilə tərəfdaşlığın inkişafından danışıb. Rektor qonaqları əfqan gənclərinin Ali Məktəbdə təhsil almaq imkanları barədə məlumatlandırıb.
Görüşdə, eyni zamanda, BANM və Kabul Politexnik Universiteti arasında gələcək əməkdaşlıq və konkret addımlar haqqında müzakirələr aparılıb.
Son xəbərlər
Son Xəbərlər