Əfqanıstanın paytaxtı Kabildə yerləşən “Əl Takva” məscidində cümə namazı zamanı partlayış baş verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili işlər nazirinin sözçüsü Nəsrat Rəhimi bildirib ki, hadisə nəticəsində 1 din alimi ölüb, 16 nəfər xəsarət alıb.
Qonşu ölkə Pakistanın Ketta şəhərində də analoji hadisə yaşanıb. “Ketta” məscidində baş vermiş partlayış 2 nəfərin ölümünə, 3-ü ağır 15 nəfər yaralanmasına səbəb olub.
Namaz zamanı məcsiddə azı 40 nəfərin olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər