Əfqanıstan vətəndaşı Bakıda itkin düşüb

efqanistan-vetendasi-bakida-itkin-dusub
Oxunma sayı: 918

Bakıda əcnəbi şəxs itkin düşüb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Sabunçu rayonu, Zabrat qəsəbə sakini Zinyət Əhmədova polisə müraciət edərək məlumat verib.

O bildirib ki, onun evində kirayədə yaşayan Əfqanıstan vətəndaşı, 1975-ci il təvəllüdlü Akbari Nasim Amir oğlu aprelin 25-də evdən çıxaraq gedib və geri qayıtmayıb.

Onun axtarışları davam etdirilir.