“Əfqanıstan xalqı buna layiq deyil” - Xalid Hüseyni

efqanistan-xalqi-buna-layiq-deyil
Oxunma sayı: 5754

Əfqan əsilli məşhur amerikan yazıçı Xalid Hüseyni “Taliban” hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, X. Hüseyni bu barədə rəsmi tvitter hesabında yazıb.

“Əfqanıstan xalqı buna layiq deyil”, - deyə yazıçı vurğulayıb.

Qeyd edək ki, Xalid Hüseyni dünyanın ən çox oxunan kitabların müəlliflərindən biridir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, "Dəniz duası" kimi kitabları dünyada kütləvi tirajlarla satılıb.

Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.

Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir.