Əfqanıstana dair İstanbul konfransı təxirə salındı

efqanistana-dair-istanbul-konfransi-texire-salindi
Oxunma sayı: 1013

Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizamlanması üçün 24 aprel tarixində başlamalı olan İstanbul konfransı təxirə salınıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə diplomatiyasının başçısının sözlərinə görə, konfrans müqəddəs Ramazan ayının başa çatmasından sonra keçiriləcək.

Çavuşoğlu, həmçinin Bəşər Əsəd rejiminin nəzarət etdiyi ərazilərdə prezident seçkilərinin keçirilməsi ilə bağlı planlarını şərh edib. Onun sözlərinə görə, Suriya rejiminin hazırladığı “seçkilər” qeyri-legitimdir və heç kəs tərəfindən tanınmayacaq.

24 aprel – 4 may tarixlərində İstanbulda Əfqanıstanda vəziyyətin sülh yolu ilə nizmlanmasına dair konfrans keçirilməli idi. Konfransın təşkilatçıları Türkiyə, Qətər və BMT-dir.