Əfqanıstanda 130-dan çox talibançı öldürülüb

efqanistanda-130-dan-cox-talibanci-oldurulub
Oxunma sayı: 1257

Əfqanıstanın müxtəlif əyalətlərində “Taliban” hərəkatının 135 döyüşçüsü öldürülüb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, ümumilikdə 135 talibançı öldürülüb, 92-si yaralanıb.

Təhlükəsizlik qüvvələri, həmçinin yolun kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ məlumatı şərh etməyib.