Əfqanıstanın paytaxtı Kabildə nepallı fəhlələrin olduğu mikroavtobusa terror hücumu olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Nepal vətəndaşlarının olduğu mikroavtobusa üzərində bomba olan şəxs hücum edib. Nəticədə fəhlələrin 14-ü həyatını itirib, 9 nəfər isə yaralanıb.
Hadisəni Taliban terror qruplaşması öz üzərinə götürüb.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər