Əfqanıstanda 15 təhlükəsizlik işçisi öldürülüb

efqanistanda-15-tehlukesizlik-iscisi-oldurulub
Oxunma sayı: 863

Əfqanıstanın Künduz vilayətində “Taliban” radikal hərəkatının hücumu nəticəsində 15 güc strukturu əməkdaşı ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl “Taliban” Əfqanıstan hökumətinin ardınca Ramazan bayramı ilə əlaqədar üçgünlük atəşkəs elan etdiyini açıqlamışdı. 

Xatırladaq ki, Əfqanıstan prezidenti Əşrəf Qani ötən həftə taliblərə müvəqqəti barışıq elan etmişdi. Atəşkəs İŞİD-ə deyil, təkcə “Taliban”a aid edilmiş və iyunun 11-dən 19-na kimi nəzərdə tutulmuşdu.